Prayk
Xərclərə Nəzarət Şöbəsi/ İqtisadçı — Digər, Bakı
Razılaşma yolu ilə

Xərclərə Nəzarət Şöbəsi/ İqtisadçı

YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Digər
Tarix
Nömrə
№3658167

Təsvir

Həyata keçirilmiş xərclərin strukturlaşdırılmış şəkildə təhlil olunması, bu istiqamətdə rüblük və illik maliyyə icmallarının tərtib edilməsi və müvafiq qurumlara təqdim olunması;Satınalmalar İdarəsindən daxil olan müqavilə layihələrinin və yeni alışlarla bağlı sorğuların maliyyə baxımından təhlili, risklərin və uyğunsuzluqların qiymətləndirilməsi, habelə əsaslandırılmış rəyin təqdim edilməsi;Xərclərlə bağlı müqavilələr üzrə monitorinqlərin aparılması və icra prosesinə daimi nəzarətin həyata keçirilməsi;Dövri əsasda ətraflı xərc hesabatlarının hazırlanması, bu hesabatların analitik formada təqdim edilməsi və idarəetmə qərarlarının verilməsində istifadə üçün aidiyyəti şöbələrə ötürülməsi;Xərc xarakterli müqavilələrin dərin təhlilinin aparılması, onların icrası üzrə maliyyə nəticələrinin qiymətləndirilməsi və rüblük və illik hesabatların formalaşdırılaraq rəhbərliyə təqdim olunması;Şirkətin daxili siyasət və prosedurlarına uyğun olaraq xərclərin idarə olunması ilə bağlı nəzarət mexanizmlərinin tətbiqi və bu istiqamətdə proseslərin təkmilləşdirilməsinə dair təşəbbüslərin irəli sürülməsi;Xərclərin səmərəliliyini və qənaət imkanlarını müəyyən etmək məqsədilə müqayisəli (benchmarking) təhlillərin aparılması və nəticələr üzrə tövsiyələrin hazırlanması;Müxtəlif layihələr üzrə xərclərin məqsədyönlü və səmərəli şəkildə bölgüsünün təmin olunması, həmçinin büdcəyə uyğunluğuna nəzarət edilməsi. Vakansiya növü: Tam ştat Şirkət: "Azərbaycan Hava Yolları" QSC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-xerclere-nezaret-sobesi-iqtisadci-57158542/apply