Daxili kreditlə mənzil satışda!
Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Yeni Yaşayış Kompleksində təmirsiz (podmayak) mənzil satışa təqdim olunur.
Mənzil 11 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir və ümumi sahəsi 89,5 kv. m-dir. Hazırda 2 otaqlı planlamaya malikdir, istəyə uyğun olaraq 3 otağa çevirmək mümkündür.
Mənzildə bütün əsas kommunal xətlər çəkilib. Bina 2 sürətli liftlə təchiz olunub. Kompleksin həyətində sakinlərin rahatlığı üçün lazımi şərait yaradılıb, giriş-çıxışa nəzarət olunur.
Yaxınlıqda uşaq bağçası, məktəb və marketlər yerləşir. Ərazidən 44 nömrəli marşrut avtobusu ilə Əhmədli metro stansiyası istiqamətində hərəkət etmək mümkündür.
Mənzilin hazırkı sənədi müqavilədir. Kompleksdə işlər tam yekunlaşdıqdan sonra çıxarışın (kupça) verilməsi nəzərdə tutulur.
Mənzil hazırda daxili kreditdədir və həm kreditlə, həm də nağd şəkildə satılır. Kreditlə alış üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.
İlkin ödəniş: 62 000 AZN
Aylıq ödəniş: 1 605 AZN
Qalıq müddət: 12 il 4 ay
Nağd satış qiyməti: 146 500 AZN
Ofisin xidmət haqqı: 1 500 AZN