Qabaqçöl qəsəbəsi, Yeni Şərif kəndində 1 hektar torpaq sahəsində yerləşən həyət evi satışa təqdim olunur.
Ev təmirlidir və birinci mərtəbəsi də yaşayış üçün yararlıdır. Ev 3 otaq, zal, mətbəx və hamamdan ibarətdir. Qaz, su, işıq və internet xətti mövcuddur.
Həyətdə 70 ədəd fındıq ağacı və müxtəlif meyvə ağacları var. Ərazi səliqəlidir və hər tərəfi hasarlanıb. Evin iki tərəfindən su keçir. Həyətdə əlavə olaraq ot damı da tikilib.
Bütün sənədləri qaydasındadır, çıxarışı (kupça) mövcuddur.