Isidici skrab - bədən formasının düzəldilməsi proqramına effektiv əlavədir. Lipofirm LCW WP® adlanan anticellulit kompleksi tərkibində L-karnitin, kofein və bioflavonoidlər var. Aktiv formulu və tərkibi sayəsində dərini dərindən təmizləyir və qidalandırır. Skrabın xüsusiyyəti termiki təsir (isidici) göstərməsi ilə problemli sahələri düzəldir, mübadilə proseslərini aktivləşdirir, su-yağ balansını bərpa edir, dərinin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, onun tonusunu və elastikliyini artırır, kosmetik qüsuru ("portağal qabığı") və onun səbəblərini aradan qaldırır.