ASUS PRIME B760M-A WIFI (0016406582) sabitlik və performans axtaran istifadəçilər üçün hazırlanmış müasir ana platadır. Intel B760 çipseti və LGA1700 socket ilə 12-ci və 13-cü nəsil Intel prosessorlarını dəstəkləyir. Ana plata DDR5 operativ yaddaş dəstəyi ilə yüksək sürət və daha yaxşı sistem performansı təqdim edir. 128GB-a qədər RAM və 7200 MHz tezlik ilə həm gaming, həm də professional istifadə üçün ideal seçimdir. Daxili Wi-Fi və Bluetooth modulu sayəsində əlavə adapter olmadan simsiz bağlantı mümkündür. 2.5G Ethernet isə sürətli və stabil internet təmin edir. Genişləndirmə baxımından PCIe 4.0 slotlar , 2× M.2 SSD və SATA portları ilə kifayət qədər yaddaş və komponent qoşmaq mümkündür. RAID dəstəyi əlavə performans və data təhlükəsizliyi yaradır. 7.1 kanallı Realtek audio sistemi keyfiyyətli səs təcrübəsi təqdim edir. UEFI dəstəyi və passiv soyutma sistemi isə stabil və rahat istifadə təmin edir. microATX form faktoru sayəsində həm kompakt, həm də güclü sistem yığmaq üçün uyğun seçimdir.