AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan olunur.
Əsas vəzifə öhdəlikləri:
Anbar Menecerinin tapşırıqları əsasında yoxlama planını hazırlamaq və icrasını təşkil etmək;
Bölmə əməkdaşları arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
Mərkəzi anbar, layihə anbarları və layihə sahələrində aparılan yoxlama proseslərinə rəhbərlik etmək;
Fiziki anbar qalıqlarının ERP sistemindəki məlumatlarla uyğunluğunu yoxlamaq;
Məhsulların layihələrə və sahələrə düzgün verilməsinə nəzarət etmək;
Məhsul hərəkətlərinin müvafiq sənədlər əsasında rəsmiləşdirilməsini yoxlamaq;
SRF, PRF, təhvil-təslim və digər sənədlərdəki məlumatları faktiki məhsul hərəkətləri ilə müqayisə etmək;
Sistem və fiziki qalıqlar arasında yaranan fərqləri, artıq və əskik məhsulları, eləcə də sistemdə düzgün əks olunmayan məlumatları müəyyən etmək;
Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılmasını təşkil etmək və onların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək;
Aparılan yoxlamaların nəticələrini ümumiləşdirmək, gündəlik, həftəlik və zəruri hallarda aylıq hesabatlar hazırlamaq;
Yoxlama nəticələri və aşkar edilmiş problemlər barədə birbaşa Anbar Menecerinə məlumat vermək;
Anbar Menecerinin digər yoxlama və nəzarət tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
Anbar təsərrüfatı, inventarizasiya və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
Ezamiyyətlərdə iştirak etmək imkanı və ezamiyyətə açıq olmaq;
MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı;
Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
Yüksək məsuliyyətlilik, diqqətlilik və punktuallıq;
Komanda idarəetmə və təşkilatçılıq bacarıqları.
Əmək şəraiti:
İş yeri: Xırdalan şəhəri
İş qrafiki: 5 günlük, 09:00–18:00
Əməkhaqqı: 800–1000 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Maaş: 800 AZN
Son müraciət tarixi: 21.10.2026