Legalize Hüquq Şirkəti “Baş hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
Hüquqi yeniliklərin izlənilməsi, təhlili və araşdırılması;
Azərbaycan Respublikasının mülki, mülki-prosessual, müqavilə, əmək, inzibati hüququ bilməsi;
Müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin yazılması;
Fiziki və hüquqi şəxslərdən, habelə dövlət orqanları, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılması;
Müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericiliyə uyğun digər zəruri sənədlərin tərtib edilməsi;
Vəzifə öhdəliklərindən irəli gələn digər hüquqi tapşırıqların icrası.
Tələblər:
Hüquq üzrə ali təhsil;
Yaş: 25-28;
Mütləq 3-5 il iş təcrübəsi;
Kişi namizədlər üçün - hərbi xidmət keçmiş olması;
Neft-qaz (xüsusilə müqavilələr üzrə) və tikinti hüququ sahələrində təcrübənin olması üstünlükdür;
Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində; ingilis dili – mütləqdir (şifahi ünsiyyət və hüquqi yazı bacarığı); rus dili – üstünlükdür;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;
Effektiv ünsiyyət bacarığı;
Komandada işləmək bacarığı;
Prioritetləri düzgün müəyyənləşdirmək və vaxtı səmərəli idarə etmək bacarığı;
“Deadline”lara ciddi riayət etmək bacarığı;
Gərgin iş şəraitinə və stressə davamlılıq;
Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və öyrənməyə açıqlıq.
İş şəraiti
İş vaxtı: 5 (beş) günlük.
İstirahət günü: şənbə, bazar.
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində təyin ediləcəkdir.
Əlaqə: Müraciət üçün CV-nizi (mövzu hissəsində “Baş hüquqşünas” yazaraq) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 17.10.2026