Vəzifə öhdəlikləri
Şirkətin uzunmüddətli marketinq və brend strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
Premium brend strategiyasının formalaşdırılması və istehlakçı təcrübəsinin inkişaf etdirilməsi;
Süd və süd məhsulları kateqoriyası üzrə bazar araşdırmaları, istehlakçı davranışları və rəqib analizlərini həyata keçirmək;
Şirkətin məhsul kateqoriyaları üzrə inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
Məhsul portfelinin inkişafı, yeni məhsulların dizaynı, bazara çıxarılması və mövqeləndirilməsi proseslərini idarə etmək;
Marketinq büdcəsinin hazırlanması və idarə olunması;
Satış komandası ilə sıx əməkdaşlıq edərək satış hədəflərinin reallaşdırılmasına dəstək vermək;
Müştəri loyallığının artırılmasına yönəlmiş təşəbbüslərin hazırlanması və idarə edilməsi;
Brend göstəricilərini və bazar dinamikasını müntəzəm təhlil edərək rəhbərliyə hesabatlar təqdim etmək.
Bazar payının artırılması məqsədilə yeni satış və təşviq imkanlarının müəyyənləşdirilməsi;
Satış komandasının fəaliyyətinin təşkili, inkişafı və performansının qiymətləndirilməsi;
Namizədə tələblər
Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
FMCG sektorunda, üstünlük olaraq qida və ya süd məhsulları sahəsində minimum 5 il iş təcrübəsi;
Brend idarəçiliyi və məhsul marketinqi sahəsində uğurlu layihələr üzrə təcrübə;
Marketinq strategiyalarının hazırlanması və icrasında praktiki biliklər;
Güclü analitik və strateji düşünmə qabiliyyəti;
Liderlik, komanda idarəetməsi və effektiv ünsiyyət bacarıqları;
Azərbaycan və rus dilində mükəmməl danışıq, ingilis dili biliyi üstünlük hesab olunur;
MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
Xanım namizəd
Təklif edirik
Bazar səviyyəsinə uyğun rəqabətli əməkhaqqı və motivasiya sistemi;
Böyüməkdə olan premium qida brendinin inkişafında iştirak etmək imkanı;
Nahar şirkət tərəfindən təmin edilir
Ünvan: Binəqədi yolu 100
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Marketinq menecer” yazaraq göndərmələri xahiş olunur.
Əlaqə 055 293 13 39
Son müraciət tarixi: 18.10.2026