Canon i-SENSYS MF3010 lazer çoxfunksiyalı printer ev və kiçik ofis istifadəsi üçün nəzərdə tutulmuş etibarlı və praktik bir həlldir. Print, Scan və Copy funksiyalarını bir cihazda birləşdirən bu model gündəlik sənəd işlərini sürətli və stabil şəkildə yerinə yetirir. Lazer texnologiyası sayəsində mətnlər dəqiq, aydın və uzunömürlü çap olunur. Printer 1 dəqiqədə 18 səhifə (A4) sürətlə çap imkanı verir və 1200 × 600 dpi icazə verilən çap keyfiyyəti ilə peşəkar nəticələr əldə etməyə kömək edir. Skayner hissəsi 600 × 400 dpi çözünürlük təqdim edərək sənədlərin və şəkillərin kifayət qədər aydın şəkildə rəqəmsallaşdırılmasını təmin edir. 150 vərəqlik giriş , 100 vərəqlik çıxış qabı isə fasiləsiz iş üçün uyğundur. Canon MF3010 725 nömrəli kartric istifadə edir və tam dolu kartriclə 1600 səhifəyədək çap mümkündür. Aylıq tövsiyə olunan resursu 8000 səhifə təşkil edir ki, bu da onu kiçik ofislər üçün ideal seçim edir. USB qoşulma vasitəsilə Windows, Linux və MacOS sistemləri ilə rahat uyğunluq göstərir. A4, A5, B5, Executive, LTR, LGL və müxtəlif zərf formatlarını dəstəkləyən bu model kompakt ölçüləri ( 372 × 276 × 254 mm ) və 8.2 kq çəkisi ilə masada az yer tutur. Avtomatik ikitərəfli çap və skan funksiyası olmasa da, sadə idarəetmə və etibarlı işləmə ilə gündəlik ofis ehtiyaclarını tam qarşılayır. Məhsul 6 ay rəsmi zəmanət ilə təqdim olunur.