İş haqqında məlumat:
Müəssisənin istifadəsində olan yük avtomobillərinin texniki vəziyyətinə nəzarət edir.Avtomobillərin texniki baxış, cari və zəruri hallarda təmir işlərini həyata keçirir.Avtomobillərin mühərrik, transmissiya, sürətlər qutusu, mufta, asqı, sükan idarəetməsi, əyləc və digər mexaniki sistemlərinin texniki vəziyyətini yoxlayır.Mühərrikdə yaranmış nasazlıqları müəyyən edir, nasazlıq səbəblərini araşdırır və onların aradan qaldırılmasını həyata keçirir.Mühərrikin yağlanma və soyutma sistemlərinin texniki vəziyyətini yoxlayır, zəruri hallarda müvafiq təmir və dəyişdirmə işlərini yerinə yetirir.Avtomobillərin əyləc sisteminin, o cümlədən əyləc mexanizmlərinin, əyləc kameralarının və əlaqəli hissələrin sazlığını yoxlayır və aşkar edilmiş nasazlıqları aradan qaldırır.Sükan idarəetmə sisteminin, sükan mexanizmlərinin və əlaqəli detalların texniki vəziyyətini yoxlayır.Asqı sistemi, ressorlar, amortizatorlar, körpülər, təkər və digər mexaniki hissələrin texniki vəziyyətinə nəzarət edir.Sürətlər qutusu, kardан valı, diferensial və digər transmissiya hissələrində yaranan nasazlıqları müəyyən edir və mümkün olduğu hallarda təmir edir.Avtomobillərin texniki xidmət zamanı yağ, filtr və digər istismar materiallarının dəyişdirilməsini həyata keçirir.mexaniki sistemlərinin işlək vəziyyətdə olmasını yoxlayır.Təmir və texniki xidmət işləri zamanı istifadə olunan alət, avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılmasına nəzarət edir.Avtomobillərin təmiri zamanı istifadə olunan ehtiyat hissələrinin və digər materialların düzgün və qənaətlə istifadəsini təmin edir.Aşkar etdiyi ciddi və ya təhlükəli texniki nasazlıqlar barədə dərhal birbaşa rəhbərinə məlumat verir.
Tələblər:
Yük avtomobillərinin əsas konstruktiv xüsusiyyətlərini və iş prinsipini.Avtomobillərin mühərrik, əyləc, sükan, asqı, soyutma və yağlama sistemlərinin quruluşunu və iş prinsipini.Avtomobillərdə ən çox rast gəlinən mexaniki nasazlıqların əlamətlərini və onların aradan qaldırılması üsullarını.Avtomobil hissələrinin sökülməsi, yığılması, tənzimlənməsi və dəyişdirilməsi qaydalarını.Texniki xidmət və cari təmir işlərinin aparılması qaydalarını.Müvafiq sahədə ən azı 5 il iş təcrübəsiİş şəraiti:Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;Nahar şirkət tərəfindən təmin olunur;Əmək haqqı: 1300 Azn;Ünvan: Abşeron rayonu, Məmmədli kəndi;
Maaş: 1300 ₼
Son müraciət: 03/10/2026