Vəzifə təlimatı:
Bütün yeni işə başlayan işçiləri mövcud uniforma ilə təmin edilməsi və uniforma qeydiyyatının aparılması;
Gündəlik olaraq işçi uniformalarının və yataq dəstlərinin təhvil verilməsi və qəbul edilməsi, eləcə də bütün sənədləşmənin müvafiq qaydada aparılmasının və yenilənməsinin təmin edilməsi;
Uniforma qeydiyyat bazasının mütəmadi olaraq yoxlanılması, yenilənməsi və nəzarətdə saxlanılmasının təmin edilməsi;
Tikişlə bağlı sorğuların yerinə yetirilməsi, o cümlədən qonaq paltarlarının, mehmanxana ağlarının və işçi uniformalının dəyişdirilməsi, ölçülməsi və bərpa edilməsi;
Hotelin yataq dəstlərinə və işçilərin uniformalarına lazım gəldikcə düzəlişlər edilməsi və onların işlək vəziyyətdə olmasının təmin edilməsi;
Korlanmış və itmiş yataq dəstləri və uniformalara dair qeydlərin aparılması;
Tikiş maşını və digər avadanlıqların işlək vəziyyətdə olmasının təmin edilməsi və hər hansı təmir işlərinə dair tələbat yarandıqda, bu barədə şöbə rəhbərlərinə xəbər verilməsi;
Tikiş ehtiyatlarının qorunub saxlanılması və lazım gələrsə inventarizasiyada kömək edilməsi;
İş ərazisinin təmiz və qaydada olmasının təmin edilməsi.
Səhər növbəsi ərzində uniformaların çeşidlənməsini, yuyulmasını, qurudulmasını və ütülənməsini həyata keçirmək;
Qurutma maşınlarının müəyyən edilmiş qaydalara uyğun doldurulmasını və boşaldılmasını təmin etmək
Tələblər
Müvafiq sahə üzrə iş təcrübəsi (Hotel sahəsində təcrübəsi olanlara üstünlük verilir);
Dərzi ixtisası üzrə peşə təhsili.
Komandada işləmək və ünsiyyət qura bilmə bacarıqlarına sahib olmaq;
Dəyişkən iş rejimində işləmək qabiliyyət;
Gigiyena qaydalarına və qonaq məmmuniyyətinə hakim olmaq;
Şərtlər:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Həftədə 6 iş günü, 1 gün istirahət;
Əmək haqqı: Razılaşma əsasında
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Dərzi” qeyd etməyiniz xahiş olunur
Son müraciət tarixi: 15.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/qafqaz-baku-city-hotel-residences-derzi-151212