Məhsulun istifadə sahəsi: taxta və laminat səthlərin təmizlənməsi. Məhsulun saxlanma şəraiti: yeyinti məhsullarından, içkilərdən və heyvan yemlərindən uzaq tutun, uşaqların əli çatmayacağı yerdə saxlayın. Sərin və quru yerdə saxlayın, günəş şüasından qoruyun, üst-üstə iki qabdan artıq qoymayın. İstifadə qaydasi: 10 lirt suya 100-200 ml məhlul qatılıb istifadə edilir. İstifadə müddəti istehsal tarixindən etibarən 2 ildir. Məhsulun xüsusiyyətləri: İstifadə olunduğu səthlərdən ləkələri çıxarır, səthlərə parlaqlıq verir, asan istifadə olunur, tez quruyur və iz buraxmır. Xoş qoxuya malikdir. İstifadəçinin diqqətinə: istifadə təlimatini mütləq oxuyun. Məhsulu qeyd olunan sahədən başqa qeyri sahədə istifadə etmək olmaz. Əl, üz, bədən və qida maddələri təmizliyində istifadə etmək olmaz. Uşaqlardan və kimyəvi maddələrə qarşı həssas olan insanlardan uzaq tutun. İstifadə zamanı qoruyucu vasitələrdən istifadə edin. Bədən üzvlərini, tənəffüs orqanlarını, dərini, gözü və ağzı verilmiş məhsuldan qoruyun. Əgər istifadə zamanı məhsulun təsirindən hər hansı bir nahiyədə qıcıqlandırıcı təsir yaranarsa həmin hissəni bol su ilə yuyun. Məhsulun töküldüyü geyimləri dəyişin.