Dreame Robot Vacuum X60 Ultra Complete qara rəngli premium robot tozsoran ev təmizliyini tam avtomatlaşdırmaq üçün hazırlanıb. Model həm quru, həm də yaş təmizləmə funksiyasını dəstəkləyir və 35000 Pa güclü soruş qabiliyyəti ilə ən xırda tozları belə effektiv şəkildə təmizləyir. 6400 mAh batareya uzunmüddətli işləmə təmin edir, böyük sahələr üçün ideal seçimdir. Toz qabı 235 ml olsa da, stansiya daxilində 3.2 litrlik torba sayəsində tez-tez boşaltmağa ehtiyac qalmır. Su sistemində 4.2 litr təmiz və 3 litr çirkli su rezervuarı mövcuddur ki, bu da uzun müddət fasiləsiz yaş təmizləmə imkanı yaradır. Navigasiya sistemi DToF Versalift adaptiv LiDAR sensoru ilə təchiz olunub və evin dəqiq xəritəsini qurur. İki kamera və süni intellekt dəstəyi sayəsində maneələri tanıyır və onlardan yayınır. Yan tərəfdə 3D skan texnologiyası isə daha dəqiq hərəkət və künclərin effektiv təmizlənməsini təmin edir. Robot 8.8 sm (iki səviyyəli) və 4.5 sm (tək səviyyəli) maneələri aşa bilir, bu da onu müxtəlif planlı evlər üçün uyğun edir. Tam avtomatik baza stansiyası ilə bu model minimum müdaxilə ilə maksimum rahatlıq təqdim edir.