Müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə pasiyentlərə ginekoloji tibbi yardım göstərmək, pasiyentin klinik vəziyyətini qiymətləndirərək müayinə, müalicə və müşahidə planını hazırlamaq və icrasını təmin etmək.Ginekoloji xəstəliklərin profilaktikası, erkən aşkarlanması, diaqnostikası və müalicəsini həyata keçirmək, zəruri laborator və instrumental müayinələri təyin etmək, nəticələri qiymətləndirmək və müvafiq klinik qərarlar qəbul etmək.Qadınların reproduktiv sağlamlığının qorunması, ailə planlaşdırılması və kontrasepsiya məsələləri üzrə tibbi məsləhət vermək, hamiləliyin planlaşdırılması, hamiləlik və doğuşdan sonrakı dövrdə pasiyentlərin müvafiq tibbi müşahidəsini həyata keçirmək.Təcili ginekoloji vəziyyətləri vaxtında müəyyən etmək, zəruri diaqnostik və müalicə tədbirlərini həyata keçirmək, tibbi göstərişlərə uyğun olaraq ginekoloji prosedur və müdaxilələri yerinə yetirmək və pasiyentin sonrakı müşahidəsini təmin etmək.Tibbi sənədlərin mövcud qaydalara uyğun olaraq vaxtında və düzgün rəsmiləşdirilməsini təmin etmək, digər ixtisas həkimləri və aidiyyəti şöbələrlə əməkdaşlıq etmək, pasiyentlərin tibbi maarifləndirilməsində iştirak etmək və tibbi etika, konfidensiallıq, sanitariya-epidemioloji və pasiyent təhlükəsizliyi qaydalarına riayət etmək.
Tələblər:
Ali tibbi təhsil və Mamalıq-ginekologiya ixtisası üzrə müvafiq ixtisaslaşma.Mamalıq-ginekologiya sahəsi üzrə klinik bilik və praktik bacarıqlar.Ginekoloji xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi, reproduktiv sağlamlıq və pasiyentlərin klinik müşahidəsi üzrə bilik və bacarıqlar.Tibbi protokollar, pasiyent təhlükəsizliyi və klinik standartlar üzrə biliklər.Komanda ilə işləmək, effektiv kommunikasiya və klinik qərarvermə bacarıqları.Xaricdə təhsil almış, akademik tədqiqat fəaliyyəti və universitet mühitində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.Namizədin fəaliyyətində dürüstlük, ədalətlilik, yüksək peşəkar standartlara sadiqlik, əməkdaşlıq və xəstə yönümlü yanaşma kimi institusional dəyərlərə uyğun davranış nümayiş etdirməsi gözlənilir.
Vakansiya növü: Tam ştat
Şirkət: Qarabağ Universitetinin Klinikası
Yer: Xankəndi, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/karabakh/karabakh-hekim-ginekoloq-28327092/apply