İş haqqında məlumat:
Aylıq və rüblük maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanması;Maliyyə hesabatlarının təhlilinin aparılması,zəruri uyğunlaşma və yeniliklərin tətbiqi,onların ümumi normalara uyğunluğunun yoxlanılması;Büdcə planlama prosesinin təşkilində, formalaşmasında və icrasında iştirak;Aylıq göstəricilər əsasında illik ehtimal hesabatlarının hazırlanması;Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlillərin aparılması, maliyyə sənədlərinin hazırlanması;Mövcud və yeni nəşr olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartlarının araşdırılması, təsirinin müəyyənləşdirilməsi və müvafiq təkliflərin irəli sürülməsi;Kənar auditorlar və digər tərəflərlə davamlı,effektiv kommunikasiyanın təmin olunması;Müvafiq dövlət qurumlarına və rəhbərliyə təqdim olunacaq bütün növ hesabatların hazırlanması , zəruri məlumatların tələb olunan qaydada hazırlanaraq təqdim edilməsi;Büdcə hesabatlarının müqayisəli təhlili (plan-fakt) və hesabat dövrünün sonunda əhəmiyyətli dəyişikliklərin təqdim edilməsi;Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;
Tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);Maliyyə hesabatlılığı sahəsi üzrə minimum 3 il iş təcrübəsi;ACCA F7, ACCA DipİFR və ya CİMA P1 sertifikatlardan ən azı birinin olması mütləqdir;Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; İş şəraiti:İş yeri: Bakı şəhəri, Dalğa plazaEzamiyyə imkanları (zəruri hallarda)5 günlük iş rejimi (bazar ertəsi – cümə) İş vaxtı: Seçimə əsasən (08:00-17:00; 09:00-18:00; 10:00-19:00)
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 05/10/2026