Əsas vəzifə və öhdəliklər
Saxlama çənlərinin montajı və qaldırılması işlərinin hidravlik qaldırma (domkrat) sistemi vasitəsilə təhlükəsiz və düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək;
Hidravlik qaldırma və ona aid avadanlıqların gündəlik, həftəlik və aylıq yoxlanılmasını həyata keçirmək;
Avadanlıqların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Qaldırma əməliyyatlarını təşkil etmək və əməliyyat zamanı işlərin təsdiq edilmiş qaldırma planına uyğun aparılmasına nəzarət etmək;
Qaldırma prosesi zamanı hidravlik təzyiqi, yükü və sistemin dayanıqlığını davamlı şəkildə izləmək;
Hidravlik qaldırma sisteminin düzgün quraşdırılmasına, istismarına və texniki parametrlərinin tələblərə uyğun saxlanılmasına nəzarət etmək;
Saxlama çənlərinin qaldırılması zamanı sistemin təhlükəsiz və sabit vəziyyətdə saxlanılmasını təmin etmək;
Mexaniki, montaj və SƏTƏM komandaları ilə koordinasiyalı şəkildə işləmək;
Qaldırma və montaj işləri zamanı yaranan texniki problemləri operativ müəyyənləşdirmək və həllinə dəstək olmaq;
İşlərin layihə sənədlərinə, texniki prosedurlara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək;
Avadanlığın yoxlanılması və görülən işlərlə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
İş zamanı təzyiq altında çalışan sistemlərin təhlükəsizliyinə və dayanıqlığına nəzarət etmək;
Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Texniki, mexaniki və ya mühəndislik istiqaməti üzrə təhsil;
Çənlərin montajı və qaldırılması işləri üzrə müvafiq iş təcrübəsi;
Hidravlik domkrat sistemləri ilə qaldırma əməliyyatları üzrə praktiki təcrübə;
Ağır yüklərin qaldırılması və montajı üzrə iş təcrübəsi;
Hidravlik sistemlər və təzyiq altında işləyən qaldırma avadanlıqları üzrə bilik;
Qaldırma planları, texniki prosedurlar və iş sənədləri ilə işləmək bacarığı;
SƏTƏM qaydaları və təhlükəsiz qaldırma əməliyyatları üzrə bilik;
İşçi heyətinin idarə edilməsi və işlərin koordinasiyası bacarığı;
Operativ qərarvermə və problem həll etmə bacarığı;
Neft-qaz, neft emalı, EPC, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsi üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 16.10.2026