“Hürrem Parfumery”-nin təqdim etdiyi : Amouage Guidance Ətiri "Bələdçilik" deməkdir. Brend bu ətri "bədii bir şeir, qəlbi isidən qucaqlaşma və müdriklik sözü" kimi təsvir edir. Reklam kampaniyasında ətir sahibini addım-addım izləyən, onu bəlalardan qoruyan və ətrafına işıq saçan görünməz bir bələdçi rolunda təqdim olunur. Bu ətir "müasir, güclü və cazibədar qadının daxili dünyası" kimi təsvir edilir. Amma tərkibindəki sıx buxur, zəfəran və kəskin odunsu notlara görə niş parfümeriya həvəskarı olan bəzi bəylər də bu ətri bəyənərək istifadə edirlər. Yenə də ümumi xarakteri tamamilə zərif, kremli və qadınsı bir auraya malikdir.