Sahil metrosunun çıxışında, InterContinental Baku otelinin yanında, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 110 kv.m obyekt icarəyə verilir. Obyektin 2 giriş-çıxışı var və arxa hissəsində geniş parkovka sahəsi mövcuddur. Ətrafında Sahil metrosu, Bakı Bulvarı, Dənizkənarı Milli Park, Neftçilər prospekti, Azərbaycan Dövlət Kukla Teatrı, Sahil bağı, Fəvvarələr Meydanı və çoxsaylı restoran, kafe, otel və ofislər yerləşir. Yerləşmə baxımından yüksək piyada axını olan əlverişli ərazidədir. Aylıq icarə haqqı 3500 AZN-dir.