JBL Tune 770NC White gündəlik istifadə üçün hazırlanmış simsiz on-ear qulaqlıqdır və Adaptive Active Noise Cancelling (ANC) texnologiyası ilə xarici səs-küyü effektiv şəkildə azaldır. Bu xüsusiyyət musiqi, film və ya zənglər zamanı daha təmiz və fokuslanmış səs təcrübəsi yaradır.JBL-in məşhur Pure Bass texnologiyası və yüksək keyfiyyətli dinamik sürücülər sayəsində güclü bas və balanslı audio təqdim olunur. Qulaqlıq Bluetooth 5.3 vasitəsilə stabil simsiz bağlantı təmin edir və eyni anda iki cihazla qoşulmanı dəstəkləyir (Multipoint). Bu funksiya sayəsində planşetdə video izləyərkən telefona gələn zəngləri qaçırmırsınız.JBL Tune 770NC 70 saata qədər batareya ömrü ilə uzun müddət istifadə imkanı yaradır. Sürətli şarj funksiyası sayəsində cəmi 5 dəqiqəlik şarj ilə əlavə 3 saat istifadə mümkündür. Batareya bitdikdə isə 3.5 mm audio kabel vasitəsilə naqilli istifadə də mümkündür.JBL Headphones tətbiqi vasitəsilə ekvalayzer ayarlarını dəyişmək və səs parametrlərini fərdiləşdirmək mümkündür. VoiceAware funksiyası isə zəng zamanı öz səsinizi nə qədər eşitmək istədiyinizi tənzimləməyə imkan verir.Yüngül və qatlanan dizayn uzun müddətli istifadə zamanı komfort təmin edir və səyahət üçün rahat daşınmanı mümkün edir.Texniki göstəricilər:İstehsalçı: JBL Model: Tune 770NCQulaqlıq tipi: On-ear (nakladnı) Bağlantı: Bluetooth 5.3 / 3.5 mm jackTezlik diapazonu: 20 Hz – 20 000 Hz Müqavimət (Impedans): 32 OhmSəs texnologiyası: JBL Pure Bass Aktiv səsboğma: Adaptive ANCMikrofon: daxili mikrofonBatareya ömrü: 70 saata qədər Tam doldurma müddəti: təxminən 2 saat Sürətli şarj: 5 dəqiqə = 3 saat istifadəŞumoizolyasiya: var İdarəetmə: qulaqlıq üzərində düymələr və səs tənzimləyicisi Multipoint bağlantı: var VoiceAware: var Konstruksiya: qatlanan dizayn