Salam Aleykum avtomobil 2013-cü ildə rəsmi dilerdən alınıb ikinci sahibiyəm. Səliqəli sürülüb vaxtında qulluq olunub güclü vuruğu udarı olmayıb işə evə sürülüb, heç bir xərc tələb etmir, qənaətcil və xərc tələb etməyən maşındır arxa kamerası var.
Rəsmi servis üçün nəzərdə tutulan bu MPI mühərriklər dözümlülüyünə görə çox uğurludur. Amerika variantlarındakı (GDI) mühərriklərdən fərqli olaraq, birbaşa püskürtmə sisteminə sahib deyil. Bu səbəbdən Azərbaycandakı yanacaq keyfiyyətinə qarşı tam dözümlüdür və AI-92 benzinlə problemsiz işləyir.