Soyuq parafinoterapiya – qurumuş, yorğun və qabıqlanan dərilər üçün əsl xilas yoludur. Soyuq krem-parafin dəridə qoruyucu plyonka əmələ gətirir və sauna effekti yaradır, problemi olan, qurumuş və sərtləşmiş əl və ayaq dərisini mükəmməl şəkildə yumşaqladır və bərpa edir. Tərkibindəki təbii kokos yağı dərini qidalandırır və nəmləndirir, dərinin elastikliyini və dartınmasını artırır. Dırnaqlara bərkidici təsir göstərir, onların qırılmasının qarşısını alır, kutikulanı yumşaldır. Manikür və/və ya pedikür üçün mükəmməl bir son mərhələdir İstifadə qaydası: Dərini tonik ilə yağsızlandırın. Skrabla ölü hüceyrələri çıxarın. Krem-parafini dəridə qalın təbəqə ilə yayıb, qoruyucu polietilen plyonka və istilik saxlayan material ilə bükün. 15-20 dəqiqədən sonra qalığı quru dəsmalla aradan qaldırın.