Krem-parafin əllərin və ayaqların dərisinə intensiv qulluq üçün nəzərdə tutulmuşdur. Şi yağı dərini sağaldıcı, bərpaedici, qidalandırıcı və nəmləndirici təsir göstərir. Çiyələk ekstraktı dərinin regenerasiyasını və kollagen yaranmasını stimullaşdırır, ağardıcı təsirə malikdir və tonlaşdırıcı təsir göstərir. Prosedur zamanı krem-parafin əzələləri qızdırır və rahatladır, əllərin dərisini aktiv şəkildə cavanlaşdırır və qidalandırır, elastiklik və möhkəmliyi geri qaytarır, qırışların hamarlanmasına kömək edir, dırnaq lövhəsini möhkəmləndirir. İstifadə: Krem-parafini intensiv sürtərək əllərin və ya ayaqların dərisinə paylayın. Qoruyucu örtük və istilik saxlayan material ilə örtün. 15-20 dəqiqə sonra krem-parafinin qalıqlarını salfetlə silin. Su ilə yumaq lazım deyil. Tərkibi: Şi yağı, çiyələk ekstraktı, vitamin E.