Təsvir
Müştərilərdən daxil olan müraciətlərin qəbul edilməsi və aidiyyəti üzrə icrasının təmin edilməsi;
“AZAL Miles” proqramı ilə bağlı sərnişinlərə telefon və e-mail vasitəsilə məlumat verilməsi;
Sərnişinlərə vaxtında və keyfiyyətli xidmət göstərilməsi;
“AZAL Miles” proqramı iştirakçılarının hesablarına balların düzgün və vaxtında əlavə olunmasına dəstək göstərilməsi;
Daxil olan müraciətlər üzrə məlumatların sistemlərdə yoxlanılması və qeydiyyatının aparılması;
Gündəlik əməliyyat proseslərində komanda ilə sıx əməkdaşlıq;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası;
24/7 növbəli iş qrafikində çalışmaq.
Tələblər
Ali təhsil (bakalavr);
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Müştəri təcrübəsi sahəsində praktiki təcrübənin olması üstünlükdür;
Azərbaycan dili – yüksək səviyyə;
İngilis dili – yüksək səviyyədə;
Rus dili – yüksək səviyyədə;
MS Word, Excel, PowerPoint və Outlook proqramlarında işləmək bacarığı;
Amadeus proqramında işləmə bacarığı;
Güclü ünsiyyət və müştəriyönümlülük;
Problem həll etmə və qərarvermə bacarığı;
Öyrənmə və dəyişikliklərə uyğunlaşma qabiliyyəti;
Komandada işləmək bacarığı;
24/7 növbəli iş rejimində çalışmağa hazır olmaq
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 18.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/azerbaijan-airlines-loyalliq-idaresi-emeliyyatlar-sobesi-kicik-mutexessis-151609