Təsvir
Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun maliyyə hesabatlarının hazırlanmasını, bağlanış proseslərinin icrasını və maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsini həyata keçirmək.
Öhdəliklər və məsuliyyətlər
Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq;
Maliyyə hesabatlarının düzgünlüyünü və müəyyən edilmiş müddətlərdə təqdim olunmasını təmin etmək;
Aylıq bağlanış (Month-end Closing) prosesində iştirak etmək və müvafiq hesabların düzgünlüyünü yoxlamaq;
Maliyyə məlumatları üzrə reconciliation və zəruri yoxlamaları həyata keçirmək;
Xarici və daxili audit üçün tələb olunan məlumat və sənədləri hazırlamaq, auditor sorğularını cavablandırmaq;
Maliyyə nəticələri üzrə analitik və variasiya təhlilləri hazırlamaq;
IFRS tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək.
Tələblər
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Maliyyə hesabatlılığı sahəsində minimum 3 il iş təcrübəsi;
IFRS üzrə güclü nəzəri bilik və praktiki təcrübə;
Aylıq, rüblük və illik bağlanış prosesləri üzrə təcrübə;
Maliyyə məlumatlarının təhlili və interpretasiyası bacarığı;
Azərbaycan dili – yüksək səviyyədə;
İngilis dili – yaxşı səviyyədə;
Rus dili – arzuolunandır;
SAP FI/CO üzrə praktiki təcrübə üstünlükdür;
İstehsalat müəssisəsində maliyyə təcrübəsi üstünlükdür;
ACCA / CIMA / CPA sertifikasiyası və ya müvafiq mərhələlərinin tamamlanması üstünlükdür.
Peşəkar bacarıqlar
IFRS və maliyyə hesabatlılığı;
Month-end Closing və reconciliation;
Maliyyə və variasiya təhlili;
Audit proseslərinə dəstək;
Maliyyə məlumatları ilə yüksək dəqiqliklə işləmək.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 22.10.2026