Qabın kənarları kifayət qədər dik və dərin formadadır. Bu, mikserlə yüksək sürətdə çırpma edərkən (məsələn, krem, yumurta və ya duru xəmir) ərzaqların ətrafa sıçramasının qarşısını alır.Plastik materialdan hazırlandığı üçün şüşə və ya keramika qablar kimi ağır deyil, istifadəsi asandır və yıxılma zamanı qırılma riski yoxdur.