İş yeri: Kəlbəcər rayonu
Vəzifə öhdəlikləri:
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
Tələb olunan mallar üzrə sənədlərin hazırlanması;
Gündəlik qaimə və qəbzlərin işlənməsi və ERP sisteminə daxil edilməsi;
Anbara daxil olan və anbardan çıxan malların uçotunun aparılması;
Logo Tiger proqramı üzrə gündəlik və aylıq hesabatların hazırlanması;
Mal-material və xidmətlər üzrə qəbul aktlarının, təhvil-təslim sənədlərinin və digər mühasibat sənədlərinin hazırlanaraq sistemə daxil edilməsi.
Namizədə tələblər
İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
Mühasibat sahəsində minimum 1-2 il iş təcrübəsi;
İstehsalat müəssisəsində təcrübə üstünlükdür;
MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək;
Mühasibat proqramları ilə işləmə bacarığı (Logo bilikləri üstünlükdür);
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
Rus və ya ingilis dili bilikləri üstünlükdür;
ACCA və ya digər maliyyə sertifikatları üstünlük hesab olunur.
Şirkət tərəfindən təmin olunur:
Kəlbəcərdə yaşayış yeri
Gün ərzində 3 dəfə qidalanma
Gəncə və ətraf rayonlardan nəqliyyat xidməti
Peşəkar və inkişaf yönümlü iş mühiti
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühasib” başlığı ilə göndərə bilər.
Son müraciət tarixi: 17.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/istisu-mmc-muhasib-151497