Vəzifə funksiyaları
Mağazalarda yerləşən xidmət nöqtələrində müştəri müraciətlərini qarşılamaq və onlara peşəkar ilkin dəstək göstərmək;
Müştərilərin şikayət, təklif və sorğularını daxili CRM sistemində vaxtında və tam düzgün qeydiyyata alaraq müvafiq struktur bölmələrinə yönləndirmək;
Məsul olduğu müştəri sorğularını operativ şəkildə araşdırmaq, həlli istiqamətində zəruri addımlar atmaq və nəticə barədə müştərini vaxtında məlumatlandırmaq;
Müştərilərə şirkətin qaydaları, servis şərtləri və müraciət statusları üzrə dəqiq və ətraflı məlumat vermək;
Müştəri rəylərini, sistemli problemləri və təkrarlanan narazılıqları müvafiq rəhbərliyə və əlaqədar şöbələrə mütəmadi olaraq bildirmək;
Tələblər
Tam orta və ya orta-ixtisas təhsili (Ali təhsil arzuolunandır);
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (Rus dili biliyi arzuolunandır);
MS Office proqramları ilə işləmək bacarığı;
Düzgün nitq və aydın diksiya;
Yüksək məsuliyyət, operativlik və komandada effektiv işləmək həvəsi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 11.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/baku-electronics-musteri-memnuniyyeti-uzre-kicik-temsilci-150945