Çexiya istehsalı orijinal fine porcelain nahar və çay servisi – Epico (markalanma arxada göstərilib).
Dizayn:
- Zümrüd-yaşıl kənar, qızılı naxış və haşiyələr
- Mərkəzdə meşə və ov temalı rəsmlər (maral/quş təsvirləri)
- Zərif relyefli kənarlar, qızılı qulplar və düyməli qapaqlar
Dəst tərkibi (şəkillərdə gördüyünüz):
- Böyük şorba/nahar terrini qapaqlı
- Orta ölçülü qapaqlı qab
- Sosluq (sous qabı) və nəlbəki
- Çay/qəhvə çayniki qapaqlı
- Südqabı
- Şəkərqabı qapaqlı
- Fərqli ölçülü boşqablar: yemək, şorba və desert üçün çoxsaylı ədəd
- Finjan və nəlbəkilər dəsti
Material və istehsal:
- Fine porcelain (nazik, səsli keyfiyyətli çini)
- “Made in Czech Republic – Original” damğalı Epico brendi
- Qızılı dekor
Masa bəzəyi, bayram süfrələri və nümayiş vitrini üçün klassik, kolleksiya dəyərinə malik komplekt.