Material: Yüksək keyfiyyətli qranit materialdan hazırlanıb, yanmaz və yapışmaz xüsusiyyətə malikdir. Qalınlıq: Korpusun qalınlığı təxminən 4.5 mm-dir ki, bu da onun davamlılığını və istiliyi bərabər paylamasını təmin edir. Dəstə daxildir: Adətən 16 və ya 24 parçadan ibarət dəstlərdə satılır. Dəstə müxtəlif ölçülü dərin qazanlar (20, 24, 30 sm), dayaz qazan (28 sm), tava (24, 28 sm) və mətbəx aksesuarları daxil ola bilər. Dizayn: Qara rəngli qranit gövdə və qızılı (gold) rəngli paslanmaz metal qulplarla dizayn edilib. Qapaqları isə şüşə "pareks" materialındandır.