Nargilə kafesinin yaxınlığında, Zığ yolu 1B ünvanında, dəniz tərəfdə yerləşən binalardan birində Leninqrad layihəli qanuni 2 otaqlı, təmirli mənzil satılır.
Mənzil 9 mərtəbəli binanın 3-cü mərtəbəsində, orta blokda yerləşir. Mənzilin bir tərəfi Bakı bulvarına baxır.
Su, işıq və qaz daimidir. Əlavə ehtiyat üçün 300 litrlik su çəni də mövcuddur. Bina mərkəzi istilik sistemi ilə təchiz olunub.
Ərazi zəngin infrastruktura malikdir. Yaxınlıqda 3 böyük market, uşaq bağçası, məktəb, uşaq və böyüklər üçün poliklinikalar yerləşir.
Mənzil məişət texnikası və elektron əşyalar istisna olmaqla, tam əşyalı satılır.