Şəhər: Bakı
Vəzifə Öhdəlikləri:
Mərkəzi sistemdə qeydiyyatdan keçmiş potensial müştərilərlə təyin olunmuş vaxt və məkanda canlı (üz-üzə) görüşmək və satış məqsədli təqdimatlar etmək
Mövcud müştərilərə məmnuniyyət yönümlü ziyarətlər təşkil etmək
Görüş zamanı şirkət məhsullarının effektiv təqdimatını və satışını reallaşdırılması
Günün sonunda görülən işlər barədə rəhbərliyə hesabat vermək
Namizədə Tələblər:
Yaş həddi: 20 - 45 yaş
Cins: Bəy və Xanım namizədlər
Təhsil: Ali və ya orta
İş təcrübəsi: Təcrübəli və ya təcrübəsiz (Təcrübəsi olanlara üstünlük verilir)
Karyerasını satış sahəsində inkişaf etdirməyi və performansa bağlı yüksək gəlir əldə etməyi hədəfləyən
Fərdi münasibətlərdə və korporativ təmsilçilikdə bacarıqlı
Müştəri yönümlü, ünsiyyətcil, gülərüz və komanda işinə meyilli
Problemləri həll etmə bacarığı olan, hədəf yönümlü və məsuliyyətli
Şəxsi gigiyenasına və geyim tərzinin ofis/iş mühitinə uyğun olmasına önəm verən
Yeni məlumatları öyrənməyə və təlimlərə hər zaman açıq olan
Bəy namizədlər üçün: Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətlə bağlı hazırda aktiv prosesi olmayan
İş Şəraiti və Təminatlar:
Rəsmi əmək müqaviləsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun qeydiyyat)
Əmək haqqı: Sabit maaş + yüksək bonus
İş qrafiki: Həftədə 6 iş günü (Bazar günü istirahət)
İş saatları: 11:00 - 19:00
Şirkət yeməkxanasında pulsuz nahar təminatı
Müştəri təqdimatları üçün təyin olunmuş nəqliyyat xərclərinin qarşılanması
Müvafiq tələblərə uyğun namizədlərdən mövzu hissəsinə “Satış Təmsilçisi” qeyd edərək şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri və ya qeyd olunan nömrələrlə əlaqə saxlamaları xahiş olunur:
Əlaqə:
+994 50 270 34 00
+994 12 441 49 49
WhatsApp: +994 50 277 55 92
Son müraciət tarixi: 12.10.2026