Biz komandamıza sosial media hesablarımızı idarə edəcək, vizual və video kontentlər hazırlaya biləcək təcrübəli SMM Mütəxəssisi axtarırıq!
Namizədə dair tələblər:
İş təcrübəsi: SMM və kontent yaradılması sahəsində ən azı 1 il iş təcrübəsi
Portfolio: Əvvəlki işləri (hazırladığı postlar, viderolar, dizaynlar və ya idarə etdiyi səhifələr) əks etdirən portfolio təqdim olunmalıdır
Mobil çəkiliş və video montaj: Səhifələr üçün Reels, TikTok və çarxların çəkilişini aparmaq, CapCut, InShot və ya digər mobil/peşəkar proqramlarda yüksək keyfiyyətli montaj etmək bacarığı
Qrafik dizayn: Sosial media postları və carousellər üçün Photoshop, Illustrator və ya Canva proqramlarında sərbəst dizayn hazırlamaq qabiliyyəti
Kopyraytinq: Maraqlı, savadlı və hədəf auditoriyaya uyğun mətnlər yaza bilmək
Vizual zövq, trendləri yaxından izləmə və kreativ yanaşma
Əsas öhdəliklər:
Aylıq SMM strategiyasının və kontent planının hazırlanması
Foto və video çəkilişlərin təşkili, çəkilməsi və montaj olunması
Statik və dinamik (statik post, carousel, story, Reels) vizualların və dizaynların hazırlanması
Paylaşımların vaxtında edilməsi və hesabların aktivliyinin saxlanılması
Trendlərin izlənilməsi və uyğun ideyaların tətbiqi
Maraqlanan namizədlər öz CV-lərini və Portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “SMM” qeyd edərək göndərə bilərsiniz.
Son müraciət tarixi: 22.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/affidavit-consulting-international-smm-mutexessisi-kontent-meyker-151851