"MINT SERVİCES” MMC “Təmizlik işləri üzrə nəzarətçi” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
Tabeçiliyində olan işçi heyətini idarə etmə və düzgün iş bölgüsünü həyata keçirmək;
Təmizləyici vasitələrin və avadanlıqların səmərəli və qənaətli şəkildə istifadəsini təmin etmək;
İşçilərin tələb olunan təmizləyici vasitələr və lazımlı avadanlıqlarla təchizatını təmin etmək;
Təmizləyici vasitələrin və avadanlıqların çatdırılmasını və müvafiq saxlama sahələrinə köçürülməsini təmin etmək;
İş yükü artıq olduğu təqdirdə işçilərə lazımi dəstəyin göstərilməsi;
İşçilərin gündəlik davamiyyət cədvəlinə nəzarət etmək;
Tədbirlərin keçirilməsi zamanı təşkilati işlərdə köməklik göstərmək.
Namizədə dair tələblər:
Təmizlik üzrə idarəetmədə minimum 2 il iş təcrübəsi
Təmizlik vasitələri və avadanlıqları ilə işləmək bacarığı
Xarici dil biliyi üstünlükdür
İdarəetmə bacarığı
Komandada işləmək bacarığı
Vaxtın idarə olunması
Təminatlar:
Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə
İş qrafiki: 6 günlük, dəyişkən smen
İş yeri: Bakı şəhəri, Crescent Mall ticarət mərkəzi
Əmək haqqı: 857 AZN
Uyğun namizədlər öz cvlərini “Təmizlik işləri üzrə nəzarətçi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 857 AZN
Son müraciət tarixi: 22.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/mint-services-mmc-temizlik-isleri-uzre-nezaretci-151905