Funksiya: Şirniyyat Kateqoriyası üzrə İdarəedici Direktorluq/Biznes İnkişaf Şöbəsi (Nestle)Nescafe Professional Bölməsi
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-17:00/08:30-17:30/09:00-18:00
Ümumi məlumat:
Mexaniki, elektrik və avtomatika avadanlıqlarının təmiri və texniki xidmətinin təşkili, verilən tapşırıqların vaxtında və düzgün icrasına nəzarət etmək.
Vəzifə funksiyaları:
Mexaniki, elektrik və elektronika avadanlıqlarının təmiri və texniki xidmət işlərini təşkil etmək və nəzarət etmək;
Avtomatika sistemləri (maqnitişəsalıcı, rele, kontroller və s.) üzrə işlərin düzgün işləməsini təmin etmək və texniki problemlərin operativ həllini təmin etmək;
Texniki problemlərlə bağlı daxil olan zəngləri qəbul etmək, ilkin qeydləri aparmaq və məsələnin operativ həlli üçün müvafiq əməkdaşlara yönləndirmək;
Verilən texniki tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
Ərazidə yoxlama işlərini həyata keçirmək;
Kollektivlə effektiv ünsiyyət qurmaq, komanda daxilində koordinasiyanı təmin etmək;
İstehsalat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə aparılmasına dəstək göstərmək.
Vəzifə tələbləri:
Ali təhsil (elektrik, elektronika və ya əlaqəli sahə üzrə);
Mexaniki, elektrik və elektronik avadanlıqların təmiri sahəsində minimum 2 il iş təcrübəsi;
Avtomatika bilikləri (maqnitişəsalıcı, rele, kontroller və digər əlaqəli sistemlər);
İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
Ərazidə yoxlama işlərinin aparılması üçün şəxsi avtomobilə malik olmaq üstünlükdür;
Yaxşı ünsiyyət və kollektivdə işləmək bacarığı;
Rus dili biliyi mütləqdir
Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Təminatlar:
Nəqliyyat xidməti
Nahar ödənişi
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Texniki Supervayzer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 16.10.2026