Beynəlxalq şirkət komandamıza Tibbi Nümayəndə vəzifəsi üzrə əməkdaş axtarır.
Vəzifə öhdəlikləri:
Şirkətin məhsullarının həkimlərə, tibb müəssisələrinə və digər aidiyyəti mütəxəssislərə peşəkar şəkildə təqdim edilməsi;
Məhsulların xüsusiyyətləri, üstünlükləri və istifadə sahələri barədə düzgün məlumatın çatdırılması;
Mövcud və potensial müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması;
Müəyyən edilmiş ərazi üzrə gündəlik ziyarətlərin və görüşlərin həyata keçirilməsi;
Bazarın, rəqib məhsulların və satış dinamikasının izlənilməsi;
Görülmüş işlər üzrə mütəmadi hesabatların hazırlanması;
Şirkət tərəfindən təşkil olunan təlim, tədbir və təqdimatlarda iştirak.
Namizədə tələblər:
Ali və ya orta tibbi təhsil;
Tibbi nümayəndə və ya əczaçılıq sahəsində iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində sərbəst və düzgün nitq;
Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Danışıqlar aparmaq və münasibət qurmaq bacarığı;
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
Aktiv, çevik və öyrənməyə açıq olmaq;
MS Office proqramlarından istifadə bacarığı;
Şəxsi avtomobil və sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur.
Şirkət təklif edir:
Beynəlxalq şirkətdə stabil və perspektivli iş imkanı;
Rəqabətli əmək haqqı;
Performansa əsaslanan bonus sistemi;
Peşəkar təlim və inkişaf imkanları;
Karyera yüksəlişi perspektivi;
Korporativ və dinamik iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tibbi Nümayəndə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Son müraciət tarixi: 21.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/avant-garde-pharma-mmc-tibbi-numayende-151801