Almaniya istehsalı olan Frosch Lemon Təmizləyici Krem mətbəx və hamam otağındakı çirkləri intensiv şəkildə təmizləmək üçün hazırlanmış ekoloji təmiz məhsuldur. Tərkibindəki təbii mərmər tozu və limon ekstraktı vasitəsilə ən çətin yağ, əhəng, sabun ləkələrini və yanmış çirkləri cızmadan effektiv şəkildə aradan qaldırır. Keramika, emal, paslanmayan polad və şüşə səthlər üçün tam təhlükəsizdir, ardınca təbii və təravətləndirici limon ətri buraxır.