



DERA firmasının bu güclü elektrikli yuyucu aparatı avtomobil, həyət, fasad və texniki avadanlıqların təmizlənməsi üçün ideal seçimdir. Aparat dəqiqədə 8 litr, yəni saatda 480 litr su vurma qabiliyyətinə malikdir, bu da çətin çirkləri belə rahatlıqla təmizləməyə imkan verir. Motor hissəsi mis sarğılı və mis ankerli (armatur) quruluşda olduğu üçün güclü, səssiz və uzunömürlü işləyir. 🚿 İstifadə sahələri Bu aparatla: Avtomobil və motosiklet yuma Həyət, daş döşəmə və divarların təmizlənməsi Kondisioner və texniki avadanlıqların yuyulması Pəncərə, hasar və dam səthlərinin təmizlənməsi rahatlıqla görülür. 📦 Tam aksesuar dəsti – hamısı üzərində verilir Şəkildə gördüyün kimi dəstə daxildir: Yüksək təzyiqli püskürtmə tapançası Uzun su şlanqı Su alma hortumu Müxtəlif birləşdirici adapterlər və filtrlər Tez qoşulan ucluqlar Yəni qutunu açan kimi aparatı tam işlək vəziyyətdə istifadə etmək mümkündür














