Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində, QRES tərəfdə geniş həyətli ev satılır.
Əmlak Şəhriyar İsmayılzadə küçəsi, 2-ci küçə, ev 12 ünvanında yerləşir. Küçə asfaltlıdır və ərazi sakit yaşayış mühitinə malikdir.
Həyətyanı sahə 18 sotdan çoxdur. Torpaq münbitdir və əkin-biçin, istixana, parnik, bağçılıq və digər təsərrüfat işləri üçün olduqca əlverişlidir.
Ev 2 otaqdan ibarətdir və balkonu var.
Qaz, su, işıq və internet daimidir. Həyətdə böyük dəmir darvaza, 2,5 tonluq su çəni, basen, daşdan tikilmiş hamam və ayaqyolu mövcuddur. Hamam üçün ayrıca kanalizasiya sistemi də çəkilib.
Həyətdə müxtəlif növ meyvə ağacları, üzüm çardağı və toyuq damı var.
Geniş torpaq sahəsi və münbit ərazisi sayəsində həm şəxsi yaşayış, həm də kənd təsərrüfatı və təsərrüfat fəaliyyəti üçün əlverişli seçimdir.
© Eyyub · evv.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.