
Bakı7
Anbardar tələb olunur
Anbardar tələb olunur
1 500 ₼
შემოწმებულია2 კვირის წინ
ქალაქიBakı
თარიღი
ნახვები7
ნომერი№3765385
აღწერა
"Az Protein Foods Group" MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
•Ali təhsil
•Qida sahəsində ən az 3 il anbar təcrübəsi olmalı
•Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
•1C proqramında anbar modulunda işləmək
•Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- Xidmət sahəsində yük daşınmaları, yükün, xammalın, mal materialın anbara qəbulu və oradan təhvil verilməsini təmin etmək;
- Anbarda olan yüklərin siyahısını tərtib etmək:
- Xammal və mal materialları anbara qəbul edərkən, faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Xammal və mal materialların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
- Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan malı anbara qəbul etmək və anbarda malların qabaqcadan komplektləşdirilməsini təşkil etmək;
- Malın göndərilməsi barədə Əl terminalı və kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
- Malın qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
- Anbara Malları təhvil almaq və malları təhvil vermək;
- Malı təhvil alarkən malın qaiməsi ilə mala aid göstəriciləri üzləşdirmək;
- Malın qablaşdırmasına diqqət etmək;
- Malların yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
- Zəruri hallarda – malların sənədləşməsində çatışmamazlıq, say və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və malın xarab olması hallarında malın nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
- Malın tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli mallar üzrə inspektoru, Keyfiyyətə nəzarət xidmətinin əməkdaşnı malın qəbuluna cəlb etmək;
- «Təhlükəli mallar»ın, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
- Malı anbara qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə malın qəbulunun təsdiqləmək;
- Anbara qəbul edilmiş mallar barəsində sənədləri Mühasibatlıq şöbəsinin əməkdaşlarına vermək;
- Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;
- Anbarların təyin edilən günlərdə inventarizasiya-sayımını keçirtmək.
Əmək haqqı: 1500 manat + mükafat
İş qrafiki: 6 günlük.
Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Fəaliyyət sahəsi: Nəqliyyat, logistika, anbar
İxtisas: Anbardar
Şirkət növü: Birbaşa işəgötürən
İş qrafiki: Tam
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Təhsil: Orta
İş yerinin ünvanı: Buzovna qəs.
განცხადების წყარო
ორიგინალი განცხადების გახსნა© Az Protein Foods Group azjob.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.
რეკლამა









