
23
Aparıcı Hüquqşünas

შეთანხმებით
Aparıcı Hüquqşünas
შემოწმებულია3 დღის წინ
თარიღი
ნახვები23
ნომერი№4101945
აღწერა
Veyseloglu Group of Companies Aparıcı Hüquqşünas vakansiyasını açıq elan edir
Vəzifə öhdəlikləri:
Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat və s.) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələrin, razılaşdırmaların aparılması;
Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
Şirkətin fəaliyyətini tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və / və ya onlara hüquqi rəy verilməsi;
Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması (dəyişikliklərin edilməsi) və onların dövlət qeydiyyatının həyata keçirilməsi;
Tələblər:
Ali hüquq təhsili;
Şirkətlərdə və ya tənzimləyici – nəzarət orqanlarında azı 3 il iş təcrübəsi;
Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, gömrük, vergi, əmək, -antiinhisar, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyik biliyi və təcrübəsi; -İngilis, rus və / və ya türk dillərində ən azı sənədlərlə işləmək təcrübəsi və bacarığı;
Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
Komandada işləmək bacarığı.
İş şərtləri:
İş məkanı: Azure Plaza
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftə içi)
Nahar: Təmin edilir
Rəqabətli əmək haqqı və mükafat sistemi.
Peşəkar inkişaf imkanları və təlim proqramları.
Müasir iş mühiti və layihələrdə iştirak.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Aparıcı Hüquqşünas” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 07.11.2026
განცხადების წყარო
ორიგინალი განცხადების გახსნა© Veysəloğlu Şirkətlər Qrupu jobsearch.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.
მსგავსი განცხადებები















