Prayk

Aparıcı Mühasib

1 000 ₼
შემოწმებულია1 კვირის წინ
ქალაქი
Bakı
კატეგორია
ფინანსები
თარიღი
ნახვები
1
ნომერი
№3575289

აღწერა

Əsas öhdəliklər: Müəssisənin mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması; İlkin mühasibat sənədlərinin yoxlanılması və müvafiq sistemə işlənilməsi; Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunun aparılması; Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması; Vergi və digər məcburi ödənişlərin hesablanması və nəzarətdə saxlanılması; Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması; Vergi bəyannamələrinin və digər müvafiq hesabatların hazırlanması və təqdim edilməsi. Kvalifikasiya tələbləri: Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya müvafiq ixtisas üzrə olması üstünlükdür); İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il; Aparıcı mühasib və ya uyğun vəzifə üzrə minimum 3 il iş təcrübəsi. Tələb olunan bilik və bacarıqlar: Excel proqramında işləmək bacarığı; Elektron vergi və mühasibat sistemləri üzrə biliklər; Mühasibat və maliyyə məlumatlarını təhlil etmək bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı; Məsuliyyətlilik, dəqiqlik və dürüstlük; Etik davranış prinsiplərinə riayət etmək; Effektiv şifahi və yazılı ünsiyyət bacarığı. Təklif edirik: Əmək haqqı: 1000–1500 AZN (namizədin bilik və bacarıqlarına əsasən); 5 günlük iş qrafiki; Şirkət tərəfindən nahar təminatı; Peşəkar və dinamik iş mühiti. Tələblərə cavab verən namizədlər öz CV-lərini “Aparıcı Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/195991/aparici-muhasib
რეკლამა