
2
Araşdırma mütəxəssisi

შეთანხმებით
Araşdırma mütəxəssisi
შემოწმებულიადღეს
თარიღი
ნახვები2
ნომერი№4444822
აღწერა
Vəzifə öhdəlikləri:
Anbar və marketlər üzrə sistem və faktiki mal qalıqları arasında yaranan fərqləri araşdırmaq və səbəblərini müəyyənləşdirmək;
Anbarlarda sayım prosesinə nəzarət etmək, sayım nəticələrini təhlil etmək;
Malların qəbulu, toplanması, yüklənməsi və marketlərə çatdırılması proseslərində yaranan uyğunsuzluqları araşdırmaq;
Transfer əməliyyatları üzrə sistem və faktiki məlumatları müqayisə etmək, fərqlərin səbəblərini müəyyənləşdirmək;
Sürücülərin fəaliyyəti, çatdırılma marşrutları və təhvil-təslim prosesləri ilə bağlı uyğunsuzluqları araşdırmaq;
Zərurət yarandıqda anbar və marketlərdə fiziki yoxlamalar aparmaq;
Kamera görüntüləri və GPS məlumatları əsasında əməliyyat proseslərini yoxlamaq;
Aşkar edilmiş fərqlərin səbəblərini təhlil etmək və araşdırma nəticələri üzrə hesabatlar hazırlamaq;
Təkrarlanan uyğunsuzluqların qarşısının alınması üçün təkliflər vermək və müvafiq tədbirlərin nəticələrini izləmək.
Namizədə tələblər:
Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun sahələr üzrə);
Anbar, logistika, mal qəbulu, stok nəzarəti və ya araşdırma sahəsində minimum 1 il iş təcrübəsi;
MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
ERP və anbar idarəetmə sistemləri ilə işləmək bacarığı;
Analitik düşünmə, məlumatları təhlil etmək və uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək qabiliyyəti;
Ünsiyyət və komanda ilə işləmək bacarığı;
Problemləri araşdırmaq, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə
Əmək bazarına uyğun rəqabətli əmək haqqı
5 günlük tam iş qrafiki
Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Araşdırma mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Son müraciət tarixi: 12.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/veyseloglu-rossmann-arasdirma-mutexessisi-153531
რეკლამა













