Prayk
Avtomobil satışı üzrə menecer — Avto biznes, servislər, Gəncə
შეთანხმებით

Avtomobil satışı üzrə menecer

შემოწმებულია1 კვირის წინ
ქალაქი
Gəncə
თარიღი
ნახვები
6
ნომერი
№3635091

აღწერა

İş haqqında məlumat: Toyota Gəncə Mərkəzi avtomobil satışı sahəsində təcrübəli, peşəkar ünsiyyət bacarıqlarına malik və nəticəyönümlü namizədləri Avtomobil satışı üzrə menecer vəzifəsinə müraciət etməyə dəvət edir.Əsas vəzifələr:Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun avtomobil modellərini təqdim etmək;Avtomobillərin texniki xüsusiyyətləri, komplektasiyası və üstünlükləri barədə ətraflı məlumat vermək;Müştərilər üçün avtomobil təqdimatlarını və test sürüşlərini təşkil etmək;Satış prosesini ilkin müraciətdən avtomobilin təhvil verilməsinədək peşəkar şəkildə idarə etmək;Potensial müştərilərlə davamlı əlaqə saxlamaq və müraciətlərin təqibini aparmaq;Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;Müştəri məlumatlarını və satış prosesini müvafiq sistemdə düzgün qeyd etmək;Toyota brendinin korporativ standartlarına və yüksək müştəri xidməti prinsiplərinə riayət etmək;Satış nəticələri üzrə müvafiq hesabatları hazırlamaq. Tələblər: Avtomobil satışı sahəsində iş təcrübəsi və praktiki satış bacarığı;Avtomobillər, onların texniki xüsusiyyətləri və satış prosesi barədə məlumatlı olmaq;İngilis və rus dillərini C1–C2 səviyyəsində bilmək;Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;Güclü təqdimat, satış və danışıqlar aparmaq bacarığı;Müştəriyönümlü, məsuliyyətli və nəticəyönümlü olmaq;Komandada işləmək və müxtəlif müştəri profilləri ilə düzgün ünsiyyət qurmaq bacarığı;MS Office proqramlarında işləmək bacarığı;Sürücülük vəsiqəsinin olması.Peşəkarlıq tələbləri:Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması;Müştərini dinləmək və inandırmaq bacarığı;Təqdimat bacarığı;Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti; Digər məlumatlar:İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfiEzamiyyə imkanları (zəruri hallarda)6 günlük iş rejimi (bazar ertəsi – şənbə)İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00;  Şənbə: 09:00-15:00Rəqabətə uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi Maaş: Ə/h razılaşma ilə Son müraciət: 16/10/2026