Prayk
Baş mühasib — Maliyyə
2 500 ₼

Baş mühasib

შემოწმებულიადღეს
კატეგორია
ფინანსები
თარიღი
ნახვები
10
ნომერი
№5890604

აღწერა

Əsas vəzifə öhdəlikləri Müəssisədə mühasibat uçotunun Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Mühasibat uçotu haqqında Qanuna və digər normativ-hüquqi aktlara uyğun təşkilini və aparılmasını təmin etmək; Müəssisənin gəlir və xərclərinin, pul vəsaitlərinin, debitor və kreditor borclarının, əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər maliyyə əməliyyatlarının düzgün uçotunu həyata keçirmək; Vergi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə öhdəliklərin düzgün hesablanmasını, bəyan edilməsini və vaxtında ödənilməsini təmin etmək; Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri, mükafatlar, kompensasiyalar və digər əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək; Vergi bəyannamələrinin, statistik hesabatların və digər məcburi maliyyə hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hazırlanmasını və təqdim edilməsini təmin etmək; Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq, maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək; Bank əməliyyatlarına, kassa əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət etmək; Pasiyent xidmətləri üzrə daxilolmaların, tibbi xidmətlərdən əldə edilən gəlirlərin, sığorta şirkətləri və korporativ müştərilərlə hesablaşmaların düzgün uçotunu təmin etmək; Təchizatçılar, podratçılar, sığorta şirkətləri və digər tərəfdaşlarla qarşılıqlı hesablaşmaların aparılmasına və üzləşmə aktlarının hazırlanmasına nəzarət etmək; Müəssisədə inventarizasiyanın təşkili, maliyyə sənədlərinin düzgün rəsmiləşdirilməsi və ilkin uçot sənədlərinin qorunmasını təmin etmək; Vergi və digər dövlət orqanları tərəfindən keçirilən yoxlamalar zamanı tələb olunan maliyyə və mühasibat sənədlərini hazırlamaq və təqdim etmək; Daxili maliyyə nəzarətini gücləndirmək, maliyyə risklərini müəyyən etmək və onların qarşısının alınması üçün rəhbərliyə təkliflər vermək; Mühasibatlıq fəaliyyətinin səmərəliliyini artırmaq və uçot proseslərinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirmək. Namizədə dair tələblər Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Baş mühasib və ya mühasibatlıq sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun verilmiş, qüvvədə olan Peşəkar mühasib sertifikatının (PMS) olması; Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Mühasibat uçotu haqqında Qanunu və müvafiq normativ-hüquqi aktları mükəmməl bilmək; Vergi hesabatlarının, maliyyə hesabatlarının və əməkhaqqı hesablamalarının hazırlanması üzrə praktiki təcrübə; Elektron vergi sistemi, e-taxes, e-gov, bank və digər müvafiq elektron portallarla işləmək bacarığı; 1C mühasibatlıq proqramı və MS Excel üzrə yüksək səviyyədə bilik; Maliyyə təhlili, büdcələşdirmə və vergi planlaşdırılması bacarıqları; Dəqiqlik, məsuliyyətlilik, analitik düşünmə və operativ qərarvermə qabiliyyəti; Komanda idarəetmə və rəhbərliklə effektiv kommunikasiya bacarığı. İş şərtləri: İş qrafiki: Həftənin 5 günü: Əmək haqqı: 2500-3000 azn. Göstərilən tələblərə uyğun namizədlər CV-lərini emailin mövzu hissəsinə “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Maaş: 2500 AZN Son müraciət tarixi: 12.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-bas-muhasib-155989
რეკლამა