Prayk

Baş mühəndis

შეთანხმებით
შემოწმებულია3 კვირის წინ
ქალაქი
Bakı
თარიღი
ნახვები
1
ნომერი
№3159524

აღწერა

İş barədə məlumat Vəzifə Öhdəlikləri: - İstehsal proseslərini planlaşdırmaq və təşkil etmək, istehsalın səmərəliliyini artırmaq - İstehsalatın planına uyğun olaraq, resursların, xammalın və iş gücünün optimal şəkildə paylanmasını təmin etmək - İstehsalat sahələrində iş proseslərini sistematik şəkildə izləmək və istənilən gecikmələrin, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək - Müəssisənin istehsal gücünün artırılması üçün texnologiyaların yenilənməsi və innovativ metodların tətbiqi üzrə layihələr hazırlamaq - Məhsul istehsalının hər mərhələsində keyfiyyətə nəzarət prosedurlarını təmin etmək, keyfiyyət standartlarına uyğunluq məqsədilə daimi yoxlamalar aparmaq - Keyfiyyətə təsir edən əməliyyatların təhlilini aparmaq və prosesdə yaranan hər hansı bir problemin qarşısını almaq üçün dərhal tədbirlər görmək - İstehsalat avadanlıqlarının mütəmadi olaraq texniki xidmətə cəlb edilməsi və nasazlıqların vaxtında aşkarlanaraq təmirinin təmin edilməsi - Avadanlıq və maşınların səmərəliliyinin artırılması üçün texniki xidmət və təmir işlərinin planlaşdırılmasını və yerinə yetirilməsini izləmək - İstehsalatın hər mərhələsi ilə bağlı müvafiq texniki sənədlərin, hesabatların və təhlillərin vaxtında hazırlanmasını təmin etmək - İstehsalat proseslərinin nəticələrinə dair rəhbərliyə müntəzəm olaraq ətraflı və keyfiyyətli hesabatlar təqdim etmək, gələcək inkişaf üçün tövsiyələr vermək - İş yerində əməyin təhlükəsizliyi qaydalarına uyğun olaraq bütün əməliyyatları həyata keçirmək, işçilərin sağlamlığını qorumaq məqsədilə təhlükəsizlik tədbirlərini həyata keçirmək - İstehsalat proseslərinin xərclərini idarə etmək, büdcə planlaması və resursların düzgün istifadəsini təmin etmək - Xərclərin azaldılması və gəlirliliyin artırılması məqsədilə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək və s. İş şərtləri: - İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək - Əmək haqqı: 1800-2000 AZN (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər) - İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi - Mail: Namizədə tələblər - Müvafiq sahə üzrə ali təhsil - İş təcrübəsi - min 5 il - Dil bilikləri: Rus dili; İngilis dili bilməsi üstünlükdür - Yaş: 30-65. Şəhər: Bakı Yaş: 30 - 65 yaş Təhsil: Ali İş təcrübəsi: 5 ildən artıq Əlaqədar şəxs: HR Əmək haqqı: 1800 - 2000 AZN
რეკლამა