Bu əsərin müəllifi Ann Filip məşhur fransız aktyoru Jerar Filipin həyat yoldaşıdır. Jerar gənc yaşda, yaradıcılığının ən parlaq dövründə vəfat edib. Xəstəlik onu qəfil yaxalayır və ölümündən üç həftə əvvəl yaxınlarına xəbər verilir. Ann bunu bilirdi, Jerar isə yox. O, sağalacağına ümid edir, gələcək planları qururdu. Son axşam Evripidi oxuyur, qeydlər aparır, yeni rola hazırlaşırdı. Səhər isə artıq həyatda deyildi. Kitabın janrı dəqiq müəyyən deyil: nə povestdir, nə gündəlik, nə də keçmişi canlandıran qeydlər. Bu, ərinə ünvanlanmış monoloqdur – həyatda deyə bilmədiyi sözləri söylədiyi, birlikdə keçirdikləri illəri xatırladığı son söhbət. Bu, ruhun çığlığıdır; əsl sevginin və sadiqliyin kədəri aşmağa və həyata yenidən dönməyə necə kömək etdiyini göstərir.
Müəllif: Ann Filip
Nəşriyyat: Mücrü Nəşriyyatı
Dil: AZE
Cild: Yumşaq
Səhifə sayı: 76
© libraff.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.