Prayk

Biznesə nəzarət və Analitika Departament müdiri

შეთანხმებით
გაანალიზებულია2 დღის წინ
ქალაქიBakı
კატეგორიაფინანსები

№6399478·ნახვები: 23

აღწერა

Namizədə olan əsas tələblər Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr, MBA, CFA və ya CIMA üstünlükdür); Biznes analitikası, biznes nəzarəti, FP&A, kommersiya maliyyəsi vsahəsində 5 il rəhbərlik və ya liderlik vəzifəsi təcrübəsi; Qabaqcıl maliyyə modelləşdirməsi və investisiya qiymətləndirməsi bacarıqları, pərakəndə satış iqtisadiyyatı və distribüsiya modelləri üzrə güclü anlayış, maliyyə və əməliyyat KPI-ları, , proqnozlaşdırma və dövriyyə kapitalının idarə olunması üzrə mükəmməl biliklər; Excel və PowerPoint üzrə yüksək səviyyə, Power BI və ya digər BI platformaları ilə praktiki təcrübə, ERP sistemləri və böyük verilənlərin təhlili bacarığı; Güclü strateji düşüncə, kommersiya duyumu və nəticəyönümlü analitik yanaşma,  maraqlı tərəflərlə işləmə, güclü kommunikasiya və təqdimat bacarıqları; Əsas vəzifə öhdəlikləri Qrup üzrə biznes analitikası çərçivəsini və performansın idarə olunması sistemini qurmaq,standart hesabat strukturları, dashboard-lar və əməliyyat KPI-ları yaratmaq, pərakəndə və distribüsiya bizneslərinin performansını izləyərək rəhbərliyə strateji tövsiyələr vermək; Biznes nəzarəti və monitorinq mexanizmlərini gücləndirmək, büdcə-fakt və proqnoz-fakt təhlillərinə (gəlir, marja, xərclər, EBITDA, pul axını və dövriyyə kapitalı) rəhbərlik etmək, kənarlaşmaların səbəblərini araşdırıb düzəldici addımlar təklif etmək; İnvestisiya təkliflərini, CAPEX layihələrini, biznesin genişləndirilməsi və infrastruktur investisiyalarını qiymətləndirmək, texniki-iqtisadi əsaslandırmalar aparmaq, biznesin qiymətləndirilməsi və investisiya sonrası performansı izləmək; Analitika funksiyasının metodologiyalarını, alətlərini və standartlarını inkişaf etdirmək, biznes vahidləri üzrə analitika komandalarını koordinasiya etmək, məlumat əsaslı mədəniyyəti, hesabatların avtomatlaşdırılmasını, dashboard hazırlanmasını və BI alətlərinin tətbiqini gücləndirmək; İş Şərtləri: İşçi və onun ailə üzvləri üçün özəl tibbi sığorta paketi. Əmək haqqı daxili prosedura və dərəcələndirmə sisteminə əsasən müəyyən edilir; İllik bonus İlin sonunda əldə olunan nəticələrə, KPI hədəflərinə əsasən; Korporativ mobil nömrə və tarif paket; Şirkət tərəfindən təmin olunan nahar; Push30 platformasına abunəlik (İllik abunə haqqına 50% endirim); Şirkət tərəfindən təqdim olunan avtomobil yanacaq kartı; Ünvan: Azure Biznes Mərkəzi Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznesə Nəzarət və Analitika Departament Müdiri ” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208545/biznese-nezaret-ve-analitika-departament-mudiri
რეკლამა