
Bakı4
Brend siması və PR nümayəndəsi
Brend siması və PR nümayəndəsi
1 000 ₼
შემოწმებულიაგუშინ
აღწერა
Başkent Restoranlar Şəbəkəsi brendin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətində iştirak edəcək və sosial media üçün hazırlanan videoçarxlarda Başkentin siması kimi çıxış edəcək əməkdaş axtarır.
Vəzifə öhdəlikləri
Instagram və TikTok üçün çəkilən videoçarxlarda yeni menyuları, mövsümi təklifləri, banket və catering xidmətlərini təqdim etmək.
Marketinq komandası ilə birlikdə çəkiliş mövzularını seçmək, qısa ssenarilərin hazırlanmasında iştirak etmək və çəkiliş qrafikini filiallarla razılaşdırmaq.
Sosial media platformaları üçün story, reels kontentlərinin çəkilişi və montajı
Paylaşım planına uyğun olaraq Instagram-da post və hekayələr, TikTok-da isə qısa videolar yayımlamaq.
Sosial media hesablarında şərhləri və şəxsi mesajları izləmək, qonaqların sual və müraciətlərini vaxtında və nəzakətlə cavablandırmaq.
Namizədə tələblər
PR, təqdimatçılıq və ya sosial media üçün məzmun hazırlanması sahəsində ən azı 1 il iş təcrübəsi.
Kamera qarşısında sərbəst çıxış etmək, təqdimat və müsahibə aparmaq bacarığı.
Azərbaycan dilində səlis danışmaq və aydın mətnlər yazmaq bacarığı.
Telefonla çəkiliş və montaj bacarığı (CapCut, InShot və s.).
Ali təhsil. Jurnalistika, ictimaiyyətlə əlaqələr, marketinq və ya aktyorluq üzrə təhsil üstünlük hesab olunur.
İş şəraiti
Əməkhaqqı — 1 000 AZN və yuxarı (Namizədin bilik bacarıq təcrübəsinə əsasən müəyyən olunacaqdır)
İş qrafiki — 6 günlük iş həftəsi
İş yeri — Bakı şəhəri
Nahar şirkət tərəfindən təmin olunur.
Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzu hissəsində “Brend siması və PR nümayəndəsi” qeyd edin.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208881/brend-simasi-ve-pr-numayendesi
რეკლამა
![[Şirkət adı] — Bakıda yeni premium tədbir dekoru şirkəti — 1 200 ₼ · Baku · Digər [Şirkət adı] — Bakıda yeni premium tədbir dekoru şirkəti — Baku](/api/media/listings/2026/10/28/6edac5ca78222b731187.jpeg?w=480&wm=2)






