
Bakı13
Çatdırılma xidməti üzrə əməkdaş
Çatdırılma xidməti üzrə əməkdaş
1 100 ₼
შემოწმებულია2 კვირის წინ
ქალაქიBakı
თარიღი
ნახვები13
ნომერი№3948222
აღწერა
Qida məhsullarının restoranlara, kafelərə və market şəbəkələrinə topdan satışı və çatdırılması ilə məşğul olan şirkətimizə çatdırılma üzrə əməkdaş tələb olunur.
İşin xüsusiyyəti:
Bu vakansiya adi kiçik bağlama kuryerliyi deyil. Şirkət topdan məhsul çatdırılması ilə məşğuldur və sifarişlər bəzən çoxsaylı və ağır bağlamalardan ibarət olur. Namizəd fiziki işə hazır olmalı və yüklərin daşınmasında iştirak edə bilməlidir.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Tam iş günü
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Çatdırılma xidməti" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Telefon vasitəsi ilə va ya Whatsapp üzərindən müraciət edəcək namizədlərin məlumatları nəzərə alınmayacaq!
Tələblər:
Fiziki cəhətdən sağlam və aktiv olmaq;
Məsuliyyətli, punktual və operativ olmaq;
Bakı şəhərini yaxşı tanımaq;
Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq;
Komandada işləmə bacarığı;
Oxşar sahədə iş təcrübəsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
Sifarişlərin anbarından qəbul edilməsi və avtomobilə yüklənməsində iştirak;
Məhsulların restoran, kafe, otel və market şəbəkələrinə vaxtında çatdırılması;
Məhsulların müştəriyə düzgün və tam şəkildə təhvil verilməsi;
Çatdırılma zamanı qaimə və digər sənədlərin yoxlanılması və təhvil-təslim prosesinin düzgün aparılması;
Lazım olduqda məhsulların boşaldılmasına və müştərinin qəbul zonasına daşınmasına kömək etmək;
Gün ərzində müəyyən edilmiş çatdırılma marşrutu üzrə işləmək.
Maaş: 1100 AZN
Yaş: 22-35
Təhsil: Orta
İş təcrübəsi: 1 ildən aşağı
განცხადების წყარო
ორიგინალი განცხადების გახსნა© Gudfood MMC boss.az — ამ განცხადების ტექსტი, ფოტოები და სხვა მასალები მათ უფლებამფლობელებს ეკუთვნის.
ტექსტი, ფასი და საკონტაქტო ნომერი ისეა შენახული, როგორც წყაროზე, და ავტომატურად სინქრონიზდება. Prayk მხოლოდ აჩვენებს განცხადებას მეტ მყიდველს, ატარებს ბაზრის ანალიზს, ამოწმებს წყაროსა და განცხადების სანდოობას და ფოტოების ანალიზით აჩერებს დაკოპირებულ განცხადებებს. თუ ავტორი ან უფლებამფლობელი ხართ, შეგიძლიათ განცხადება დაიბრუნოთ მასში მითითებული ტელეფონის ნომრით ან მოითხოვოთ მისი წაშლა.
რეკლამა






