Prayk
Debitor borcları üzrə kiçik mühasib — Maliyyə, Bakı
შეთანხმებით

Debitor borcları üzrə kiçik mühasib

შემოწმებულიადღეს
ქალაქი
Bakı
კატეგორია
ფინანსები
თარიღი
ნახვები
9
ნომერი
№6033542

აღწერა

İcarəçilər üçün debitor borcları haqqında detallı hesabatların hazırlanması;Hər gün icarəçilər üzrə bank çıxarışının yoxlanılması;İcarəçilər üzrə şübhəli borclar üzrə ehtiyat hesabatının hazırlanması;Ay bağlandıqdan sonra debitor borc hesabı, icarə, kommunal və depozit hesabları üzrə hesabatların hazırlanması;İcarə üzrə yeni müqavilə şərtlərinin sistemə əlavə edilməsi;Həftəlik B2B üzrə debitor borc hesabatının hazırlanması;İcarə, kommunal, B2B, Bravo kart və s. üzrə invoysların və e-qaimələrin yazılması. E-tax sisteminin daxili sistemlə uzlaşdırılması;İnvoys sənədlərinin e-mail vasitəsilə müştərilərə göndərilməsi;Ödənişlərin ay sonuna kimi uyğun invoyslarla bağlanması;Müraciətlər əsasında düzəlişlərin edilməsi;Müştərilər və digər komandalardan gələn məktubların və zənglərin cavablandırılması;Qəbzlərin möhürlənməsi və rüblük fakturaların göndərilməsi;İcarəçilər və B2B müştəriləri illik borcların uzlaşdırılması, problemlərin həlli və üzləşmə aktlarının hazırlanması. Tələblər: Mühasibat uçotu/maliyyə üzrə bakalavr dərəcəsi;Mühasibat uçotu üzrə fundamental biliklər (ACCA FA sertifikatı);Minimum 3 aylıq mühasibatlıq təcrübəsi;Microsoft office, xüsusilə excel proqramlarında işləmə bacarığı;Möhkəm ünsiyyət, danışıq və yazı bacarıqları;Dəqiqlik və detallara diqqət;Sənədləşdirmə və qeydlərin aparılması tapşırıqlarını yerinə yetirmək bacarığı;Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları; ingilis dili üzrə orta səviyyə;Təşəbbüskarlıq;Analitik düşünmə bacarıqları və tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı;Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik;Situasiyaları təhlil etmək, problemləri müəyyən etmək və həll yollarını tövsiyə etmək bacarığı;Müstəqil və komanda mühitində işləmək bacarığı. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: Azerbaijan Supermarket LLC (Bravo) Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/azerbaijansupermarket/azerbaijansupermarket-debitor-borclari-uzre-kicik-muhasib-59868625/apply
რეკლამა